İŞİD girov götürdüyü 300 fəhlədən 175-ni edam etdi
8 Aprel 2016 14:27 DünyaİŞİD-çilərin Dəməşq yaxınlığındakı "Al Badia Cement" zavodundan girov götürdüyü 300 nəfərin taleyindən xəbər var. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Suriya hərbçilərinin məlumatına görə, əsir götürülənlərin 175 nəfəri edam edilib.
Qeyd edək ki, İŞİD yaraqlıları tez-tez belə kütləvi edamlar həyata keçirirlər. Belə ki, yanvarda Deyr-Əz-Zore şəhərində dinc suriyalılarının 280 nəfəri kütləvi şəkildə edam edilib. İraqın Mosul şəhərində isə edam olunanların sayı 4 min nəfərdən artıqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00