Fidel Kastro ortaya çıxdı

Kuba inqilabının lideri, 89 yaşlı Fidel Kastro son 8 ayda ilk dəfə ictimaiyyət arasında görünüb. Bu haqda report məlumat verir.

O, ölkə paytaxtı Havanada inqilab qəhrəmanı Vilma Espin adına təhsil kompleksinin açılışında ictimaiyyət arasında görünüb. 2007-ci ildə vəfat edən Vilma Espin əslən Fransadandır. 1959-cu ildə Kubada inqilabda iştirak edib. Kubanın indiki lideri Raul Kastronun həyat yoldaşı olub. Məlumata görə, bu vaxtadək Fidel Kastro 2015-ci ilin avqustunda Venesuela və Boliviya prezidentləri ilə birlikdə kameralar qarşısında görünmüşdü.

Qeyd edək ki, o, 1959-cu ildən Kubanın əvəzedilməz lideri olaraq qalmaqdadır. 2006-cı ildə Fidel Kastro Kuba Kommunist Partiyasının sədri vəzifəsi istisna olmaqla bütün səlahiyyətlərini kiçik qardaşı Raul Kastroya təhvil verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00