Ruslar Antalyada ev almağa üstünlük verirlər

Türkiyədə xarici vətəndaşlara mənzil və ev satışında İstanbuldan sonra Antalya gəlir. İnşaat Mühəndisləri Federasiyası və Antalya İnşaatçılar Dərnəyinin rəhbəri Deniz Karataşın sözlərinə görə, Antalyada hər ay 300-dən çox ev və mənzil satılır. Satılan mənzillərin əsas hissəsi Rusiya vətəndaşları tərəfindən alınır. İki ölkə arasında son aylar baş verən "təyyarə böhranı"nın inşaat sahəsinə çox təsir etmədiyi bildirilir. Ruslar Antalyadan əl çəkmək istəmirlər. Ev almağa və istirahət etməyə davam edirlər, hər ay 150-200 mənzil satın alırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00