İzmir Baş Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi biri qadın olmaqla üç nəfər MLKP (Marksist-Leninist Komunist Partisi) üzvünü həps edib. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, həps edilənlərin istifadə etdiyi hücrə evindən yüksək partlayıcı gücünə malik olan bomba hazırlanmasında istifadə edilən ləvazimat tapılıb. Həps edilənlər haqqında cinayət işi başladılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00