Silah zavodunun direktoru dövlət sirrini satarkən ələ keçdi VIDEO
8 Aprel 2016 12:17 DünyaTürkiyənin ən nəhəng silah zavodlarından biri sayılan Makine Kimya Sənayesi Kırıkkale silah fabrikinin müdiri dövlət sirrini satarkən yaxalanıb. Ölkə.az bildirir ki, silah zavodunun direktoru Mustafa Tanrıverdi adı çəkilməyən bir ABŞ silah firmasının nümayəndəsinə türk mühəndislər tərəfindən düzəldilmiş MPT 76 avtomat silahının eskizlərini satarkən yaxalanıb. Məlumata görə, bu silahın eskizlərini 22 milyon lirə (7 723 060 dollar) qarşılığında satmaq qərarına gəlibmiş. Onu izləyən kəşfiyyatçılar bir restoranda ABŞ silah firmasının nümayəndəsi ilə görüş zamanı yaxalayıblar. Hazırda Mustafa Tanrıverdinin dindirilməsi davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00

