Meryem Üzerliyə daha bir "zərbə"

Məşhur aktrisa Meryem Üzerlinin 2.5 milyonluq reklam razılığı ləğv edilib. Türkiyə mətbuatı xəbər verir ki, əvvəlcə Tolga Çevik ilə razılığa gələn reklam firması Meryem Üzerli ilə 2.5 milyon lirəyə (1333552.27 manat) razılaşmışdı. Lakin onun alacağı pulun miqdarı şirkət tərəfindən təsdiq olunmayıb. Buna görə də, Meryem reklama çəkilməyəcək.

Qeyd edək ki, bir neçə həftə əvvəl şampun firması ilə razılaşan Meryem saç rənginə görə reklama çəkilə bilməmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00