Rusiyanın 3 vilayəti ilə turizm müqaviləsi bağlandı

Azərbaycanın Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən turizm nümayəndəliyi ölkəyə turist axınından böyük rol oynayır. Fins.az xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, nümayəndəlik mütəmadi olaraq infoturlar keçirir, lazımi təbliğat işləri aparır: "Bütün bu tədbirlər imkan verir ki, rus turistlər təkcə Moksvadan deyil, həm də Sankt-Peterburq şəhərindən, Rusiyanın digər bölgələrindən də Azərbaycana axın etsin. Biz artıq qonşu ölkənin 3 vilayəti ilə müqavilə bağlamışıq, çarter reysləri təşkil edəcəyik, Azərbaycana turitslər gələcəklər. Biz də müşahidə edirik ki, son vaxtlarda rusların ən çox gəzmək, dincəlmək istədiyi əsas yerlərdən biri Azərbaycan, paytaxt Bakıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00