Medvedev Yerevandadır

Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanda səfərdədir. Report bildirir ki, bu haqda Rusiya hökuməti administrasiyasından deyilib. Məlumata görə, o, Ermənistan prezidenti Serj Sarkisyan və baş nazir Ovik Abramyanla görüş keçirəcək. Görüşdə energetika və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq, eləcə də Avroasiyaya inteqrasiyanın möhkəmlənməsi kimi məsələlər müzakirə ediləcək. Səfər çərçivəsində Rusiya və Ermənistan arasında bir sıra sənədlərin imzalanması da planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00