Tələbəni ateist görüşlərinə görə öldürdülər
7 Aprel 2016 15:44 DünyaBanqladeşli hüquqşunas-tələbə Nazimuddin Səməd ateist baxışlarını etiraf etdikdən sonra ölkənin paytaxtı Dakkada öldürülüb. Oxu.az bildirir ki, 28 yaşlı Səməd sekulyarizm ideyalarını dətəkləyən fəallar qrupunun təsisçilərindən olub. Polisdən bildirilib ki, gənc adama qılıcla zərbə endirildikdən sonra güllə ilə də vurublar. Polis hələlik nə şübhəlilərin adını, nə də ki cinayətin motivlərini açıqlamayıb. Məlumdur ki, Səməd dini ekstremizmə qarşı mütəmadi olaraq öz Feysbuk səhifəsində çıxış edirdi. Sosial şəbəkədə Dini görüşlər bəndində "Dinim yoxdur" deyə qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00