İŞİD iki nəfəri çarmıxa çəkdi

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Suriyanın Rəqqa şəhərində daha iki nəfəri edam edib. Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, casusluqda və xəyanətdə suçlanmış bu şəxslərin əyinlərinə narıncı kombinezonlar geyindiriləndən sonra onlar şəhərin mərkəzi meydanında çarmıxa çəkiliblər. Rəqqa şəhəri İŞİD-in faktiki paytaxtıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00