Çin restoranları ofisiant robotları işdən çıxarır
7 Aprel 2016 19:14 DünyaÇinin 3 restoranı ofisiant çalışan robotları işdən "azad etməli olub" və onların yerinə yenidən canlı insanları işə götürməli olub. İKT.lent.az-ın BBC-yə istinadən məlumatına görə, məlum olub ki, bu robotlar müştərini olduqca əla salamlayır. Ancaq qida və içkiləri səliqəli şəkildə daşımağı bacarmırlar. Bu restoranlardan birinin inzibatçısı bildirib ki, ofisiantlar qan-tər içində tez cəld hərəkət etmək, manevrlər etmək xüsusiyyətlərinə malikdirlər. Robotlar isə yavaş hərəkət edir və ləng tərpənir. Mütəxəssislər təsdiqləyir ki, təcrid olunmuş mexaniki işlər üçün robotlar çox uyğundurlar. Ancaq onlar hələlik çıxılmaz vəziyyətlərdə özlərini apara bilmirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00