Rus turistlər Türkiyəyə qayıtmayacaqlar
7 Aprel 2016 13:49 DünyaRusiyanın Turizm üzrə Federal Agentliyinin direktor müavini Roman Skorıy 2016-cı ildə Misir və Türkiyə istiqamətlərinin rus turistlər üçün qapalı qalacağını deyib. Modern.az bildirir ki, o, Rusiya rəhbərliyinin təhlükəsizliyə xüsusi diqqət yetirdiyini vurğulayıb. "Türkiyə bu il dəqiq açılmayacaq. Misirdəki son hadisələr bu ölkənin də turistlər üçün açılması planını təxirə salıb". Roman Skorıy Britaniya və daha bir neçə ölkənin də Misirlə aviasiya əlaqəsini bərpa etmədiyini xatırladıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00