Sərkisyan Rusiyadan şikayətləndi

"Ermənistan prezidenti Serj Sərkisyanın Almaniya kansleri Angela Merkellə Berlində birgə keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycana silah satmasından yüngülcə şikayət etməsi yeni xəbər deyil". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistan rəsmiləri bu narazılığı yumşaq şəkildə zaman-zaman dilə gətirirlər: "Vacib olan Kremlin Azərbaycana silah satıb-satmamaq məsələsində siyasətini bundan sonra necə müəyyənləşdirəcəyidir. Rusiyada silah satışına baş nazirin müavini Dmitri Roqozin başçılıq edir. Roqozin qatı rus milliyətçisi olmasına rəğmən, Azərbaycan hakimiyyəti ilə sıx münasibətlərə malikdir. Ona görə də məntiqlə Rusiya Azərbaycana silah satışından imtina etməz. Yox əgər imtina edərsə, Azərbaycan silahı başqa ölkələrdən alacaq və Rusiya vacib gəlir mənbəyindən məhrum olacaq. Ona görə də Kremlin bu məsələdə nəbzini yoxlamaq üçün yaxın günlərdə Rusiyadan silah almaq üçün bu ölkəyə müraciət etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00