Mosula son hücum

Sarsıdıcı zərbə hazırlıqları

İraq ordusu Mosula yekun hücuma hazırlaşır. Atv.az bildirir ki, bu haqda məlumatı İraqın Müdafiə Nazirliyi yayıb. Xəbərdə bildirilir ki, Mosul ətrafında cəmləşdirilmiş İraq ordusu əlavə qüvvələrin əraziyə toplanmasını gözləyir. Köməkçi qüvvələr də Mosul ətrafına toplaşdıqdan sonra İŞİD silahlılarına qarşı yekun həlledici hücum başlayacaq. Bununla şəhərin tam azad ediləcəyinə ümid edən İraq rəsmiləri Mosul ətrafındakı döyüşlərin bu günə olan nəticələri haqda da məlumat veriblər.

Məlumatda bildirilib ki, bir neçə həftə ərzində baş vermiş toqquşmalar zamanı azı 70 terrorçu məhv edilib. 13 zirehli texnika dağıdılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00