Brüssel aeroportundakı kamikadze Avropa Parlamentində işləyib
7 Aprel 2016 11:01 DünyaBrüsseldə partlayış törədən intiharçı-terrorçulardan biri daha öncə Avropa Parlamentində süpürgəçi işləyib. Trend-in RİA Novosti-yə isinadən verdiyi məlumata görə, bunu AP rəsmisi Jaume Dux deyib. "Brüsseldəki terrorçulardan biri 2009 və 2010-cu illərdə bir ay ərzində həmən vaxt Avropa Parlamenti ilə müqaviləsi olan təmizlik şirkətində işləyib", deyə Dux bildirib. Parlament rəsmisi dəqiq ad çəkməyib, amma Aİ-da mənbə bildirib ki, söhbət 25 yaşlı Nəcim Laaşrauidən gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00