İŞİD paytaxta soxuldu - Nə baş verir?
7 Aprel 2016 10:32 DünyaSuriyada vəziyyət yenidən gərginləşib.Milli.Az atv.az-a istinadən bildirir ki, ordunun ardı-arası kəsilməyən hücumları qarşısında geri çəkilən İŞİD terrorçuları qəfildən paytaxt Dəməşqə hücum ediblər. Silahlı qruplar halında müxtəlif istiqamətlərdən paytaxta yönələn terrorçu döyüşçülər paytaxtdakı sement zavodlarından birini ələ keçiriblər.Yerli telekanalların verdiyi məlumata görə, İŞİD silahlıları yüzlərlə işçini girov götürüblər. Onlar bununla da kifayətlənməyərək ordunun nəzarətindəki hərbi hava limanına hücum ediblər. Gərgin döyüşlərdən sonra Suriya ordusu terrorçuları geri çəkilməyə vadar edə bilib. Amma buna baxmayaraq İŞİD silahlıları paytaxtın müxtəlif istiqamətlərində irəliləməyə davam edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00