Səfirlik: ABŞ davamlı sülhə nail olmaq üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir

"Amerika Birləşmiş Ştatları atəşkəsin təsdiqini alqışlayır və tərəfləri ona sadiq qalmağa çağırır". APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi "Facebook" səhifəsində bildirilir. "ATƏT-in+Minsk+Qrupu">ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq Amerika Birləşmiş Ştatları davamlı sülhə nail olmaq üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir", - deyə açıqlamada qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00