Putin Özbəkistanın 865 mln dollar borcunu sildi

Rusiya prezidenti Vladimir Putin  Özbəkistanın 865 mln dollar borcunun silinməsi barədə razılaşmanın ratifikasiya olunması barədə qanunu imzalayıb. 2014-cü ilin sonunda imzalanmış sazişin çərçivəsində SSRİ-nin süqutu ilə bağlı qarşılıqlı iddiaların və Özbəkistanın 1992-93-cü illərdə aldığı kreditlərlə bağlı iddiaların nizamlanması nəzərdə tutulub.  Qeyd edək ki, 2014-cü ilin noyabrın 1-nə olan məlumata görə, Özbəkistanın borcu 889,3 mln dollar təşkil edib, onlardan 388,7 mln dolları faizdir. Özbəkistan borcun yalnız 43,1 mln dollar məbləğində olduğunu etiraf edib, həmçinin keçmiş SSRİ-nin Almaz Fondunda paya malik olduğunu bildirib.  Sazişin şərtlərinə əsasən, tərəflər  qarşılıqlı iddialardan imtina edir, Özbəkistan isə üzərinə Rusiyaya yalnız  25 mln dollar ödənilməsinə dair öhdəlik götürür. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00