Cənubi Koreya super kompüterlərin yaradılmasına 87 milyard dollar ayırır
5 Aprel 2016 19:33 DünyaCənubi Koreya hökuməti super kompüterlərin tərtibatı və süni intellektin yaradılması üzrə işlərə 100 milyard von və ya 87,2 milyard dollar ayıracaq. İKT.lent.az-ın "runews24.ru" saytına istinadən məlumatına görə, bu barədə bu gün ölkənin Elm, İnformasiya-Kommunikasiyaları Texnologiyaları və Elmi Proqnozlaşdırma Nazirliyi məlumat yayıb. Proqnozlaşdırılır ki, super kompüterin tərtibatı üzrə proqram 10 il müddətində davam edəcək. İlkin mərhələdə 5 il müddətində məlumatları 1 petaflops sürəti ilə emal edən super kompüter yaradılacaq. İkinci mərhələdə isə bu sürət 30 petaflopsa çatdırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00