Azərbaycanın Rusiyadakı səfirliyi: Sosial şəbəkələrdə səhifəmiz yoxdur

Azərbaycanın Rusiyadakı səfirliyi bəzi sosial şəbəkələrdə səfirliyin "Twitter"dəki səhifəsinin erməni hakerləri tərəfindən dağıdılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. APA-nın məlumatına görə, bu barədə səfirliyin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir. Bildirilir ki, səfirlik heç bir sosial şəbəkədə təmsil olunmur: "Həmçinin qeyd edirik ki, səfirliyin yalnız internet səhifəsi mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00