“Samsung Electronics” dünyada əyri kompüter monitorları bazarının 68 faizinə sahib olub

Cənubi Koreyanın "Samsung Electronics" 2015-ci ilin dördüncü rübündə əyri kompüter monitorlarının dünya bazarının 68 faizinə sahib olub. İKT.lent.az-ın məlumatına görə, bu barədə bazardakı vəziyyətin inkişafını izləyən "WitsView" şirkətindən bildiriblər. Ötən ilin oktyabr-dekabr aylarında "Samsung Electronics" bazarın 68 faizinə nəzarət edərək dominant mövqe tutub. Bu şirkətin ardınca bazarın 14 və 6 faizinə sahib olan Çinin HKC və ABŞ-ın "Dell" şirkətləri, eləcə də bazarın 4 faizini əldə edə bilən Cənubi Koreyanın "LG Electronics" şirkəti gəlir. 2015-ci ildə dünya üzrə 900 min ədəd əyri monitor satışı həyata keçirilib. Gözlənilir ki, növbəti ildə bu rəqəm minimum iki dəfə artacaq və 1,8 milyon ədədə çatacaq. "WitsView" mütəxəssislərinin fikrincə, bu sahənin əsas artımı Çində internet kafelərin populyarlığının artmasıdır. "Əyri displeyli monitorların satışları Çində daha dinamik olub. Bu ölkədə artan rəqabətdə qurumlar yeni dizaynlı iri monitorlarla yeni müştəriləri cəlb etməyə başlayır", - deyə analitiklər qeyd edir. Çin Cənubi Koreyanın əsas ticarət tərəfdaşıdır. Bu ölkənin ixracının 25 faizi Cənubi Koreyanın payına düşür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00