Belarus XİN: Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər
4 Aprel 2016 16:13 DünyaDağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər. "Belta"nın verdiyi məlumata görə, bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Dmitri Mironçuk deyib. O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız hamı tərəfindən tanınmış prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun həll edilə bilər. Belarus tərəfi, həmçinin gücdən istifadədən çəkinməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00