Bəşər Əsədin ən yaxın adamlarından biri də qaçdı

Suriya Ruhani İdarəsinin rəhbəri böyük müftü Əhməd Həssunun Omana qaçaraq bu ölkədən siyasi sığınacaq istadiyi bildilir. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, müftinin ziyarət adı ilə Bəşər Əsdəddən icazə alaraq ailəsi ilə Omana gəldiyi bildilir. Müftünün Oman Səltənəti müftisi Əhməd Əl Xəlil və Vəqiflər Müdiri ilə görüşsdüyü deyilir. Müftinin Omana Beyrut üzərindən qaçdığı söylənilir. Əhməd Həssunun övladlarını və nəvələrini də Musqata gətirməsi də yayılan məlumatlar sırasındadır. Qeyd edək ki Əhməd Həssun son zamanlara qədər Əsəd rejiminin ən sədaqətli adamlarından biri sayılırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00