Ermənistan parlamentində Qarabağ müzakirələri

Ermənistan parlamentinin aprelin 4-də keçirilən toplantısında cəbhə xəttində baş verənləri müzakirə olunub. "Olaylar" xarici mətbuata istinadən xəbər verir ki, müxalif Erməni Milli Konqresi fraksiyasının üzvü Qrant Baqratyanın sualnı cavablandıran vitse-spiker Eduard Şarmazanov bildirib ki, hazırda prezidentin tapşırığı ilə Ermənistan və Dağlıq Qarabağ arasında hərbi yardım haqqında razılaşmanın əldə olunmasına hazırlıq gedir: "Bu işlərdən və danışıqlardan sonra biz bu məsələyə də baxa bilərik. Məsələləri növbə ilə həll edək". Qrant Baqratyan parlamentdə qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyinin" tanınması barədə məsələ qaldırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00