Ermənistana Qarabağa hərbçilər yollayır
4 Aprel 2016 14:22 DünyaErmənistan Dağlıq Qarabağa və Azərbaycanın işğal olunmuş digər ərazilərinə hərbçilər, hərbi texnika, silah-sursatla yanaşı, "könüllülər" adı ilə hərbi qüvvə yollamağa davam edir. Milli.Az hetq.am-a istinadən bildirir ki, Ermənistranın "Yerkarapa" Könüllülər İttifaqının çağırışı ilə pərdələnən bu aksiya çərçivəsində Yerevandan Dağlıq Qarabağa artıq 1200-ə yaxın şəxs döyüşlərə göndərilib. Dünən axşam saatlarında Ermənistanın Sünik rayonundan Xankəndinə 130 "könüllü" yollanıb. Onları Xankəndidə Dağlıq Qarabağdakı separatçı rejimin "baş naziri" Araik Harutyunyan qarşılayıb. "Könüllülər"i Sünik vilayətinin qubernatoru Suren Xaçatryan müşayiət edir. "Yerkrapa" İttifaqının sədri, Ermənistan parlamentinin deputatı, general-leytenant Manvel Qriqoryan da hazırda Dağlıq Qarabağdır. Ermənistan rəhbərliyi "Dağlıq Qarabağda vətəndaşlarımız vuruşmur" desə də, bu fotolar Yerevanın yalan yaydığını aşkar göstərir. Dağlıq Qarabağ sakinləri vuruşmaq istəmir, yaşadıqları kəndləri və qəsəbələri tərk edirlər. Bu səbəbdən də Ermənistan səngərlərə "könüllülər" adı ilə topladığı vətəndaşları yollamaq məcburiyyətindədir.