İqdırdakı QHT-lər könüllü olaraq Qarabağda döyüşmək istəyir

Türkiyənin İqdır vilayətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Azərbaycana dəstək nümayiş etdirib. Bu barədə "OLAYLAR"-a məlumat verən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mücadilə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyib ki, mərkəz binasında bir araya gələn qeyri-hökumət təşkilatları son günlər Ermənistanın atəşkəs rejimini ciddi şəkildə pozaraq təxribat xarakterli hərəkətlərə əl atması qəti şəkildə pislənilib: "İqdırda fəaliyyət göstərən qht-lər Azərbaycanın haqlı davasında qardaş ölkənin yanında olduqlarını açıqladılar. Həmçinin onlar Qarabağ savaşına könüllü olaraq getməyə hazır olduqlarını bildirdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00