Ermənistan cəbhədə ölən hərbçilərinin adlarını açıqlamağa başlayıb
4 Aprel 2016 13:46 DünyaErmənistan Müdafiə Nazirliyi son günlər Qarabağ cəbhəsində ölən hərbçilərinin adlarını açıqlamağa başlayıb. "Armtoday"-in verdiyi məlumata görə, hələlik 7 nəfərin adları elan olunub. Bunlar 1978-ci il təvəllüdlü mayor Ovsep Maisyan, 28 yaşlı kapitan Ovsep Kirakosyan, 1990-cı il təvəllüdlü kapitan, dəstə komandiri Armenak Urfanyan, müqavilə əsasında xidmət edən sıravi Nodarik Marqaryan, kəşfiyyatçı-pulemyotçu, 27 yaşlı Sasun Mkrtçyan, pulemyotçu, 1996-cı il təvəllüdlü Kərəm Sloyan və serjant Yuri Faramazyandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00