1500 girov İŞİD əsirliyindən xilas edildi

İraq ordusu İŞİD terror qruplaşmasının həbsxanasında olan 1500-ə yaxın əsiri azad edib.  musavat.com bildirir ki, İraq hərbçiləri əsir saxlanılan şəxsləri Anbar əyalətinin Xit şəhəri uğrunda gedən döyüşlər zamanı aşkarlayıblar.Polis polkovniki Fadel ən-Nimravi bildirib ki, gizli "həbsxana" terrorçular tərəfindən yerin altında yaradılıb.Orada saxlanılan 1500-dək əsir və girovlar hərbçilər tərəfindən azad ediliblər. Onların əksəriyyətinin mülki şəxs olduğu bildirilir.Xatırladaq ki, İraq və Suriyada geniş bir əraziyə nəzarət edən İŞİD terror qruplaşması onlarla razılaşmayan yüzlərlə yerli sakini ya həbs edir, ya da öldürür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00