Avropada miqrantlarla polis arasında toqquşma oldu
4 Aprel 2016 10:10 DünyaAvstriya-İtaliya sərhədində yerləşən Brenner aşırımında miqrantlarla polis arasında toqquşma baş verib.Hadisə nəticəsində 2 polis əməkdaşı xəsarət alıb.Bildirilir ki, toqquşmaya səbəb miqrantların aqressiv davranışı olub. Etirazçılar Avropa ölkələrinin qapılarının miqrantların üzünə bağlanmasını pisləyiblər.Xatırladaq ki, aprelin 4-dən rəsmi Ankara ilə Avropa İttifaqı arasında əldə olunan razılığa əsasən, qanunsuz olaraq Türkiyədən Yunanıstana keçən miqrantlar geri qaytarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00