Ərdoğan: "Mən dərhal İlham Əliyevə zəng vurdum"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan Qarabağ münaqişəsi zonasında atəşkəsə hazırdır - əgər erməni tərəfi də belə qərar qəbul edərsə."Mən bu barədə öyrənən kimi (Azərbaycanın birtərəfli şəkildə atəşkəs elan etməsi - red.) İlham Əliyevlə əlaqə saxladım. Mən başsağlığı verdim, o zaman döyüşlər hələ davam edirdi...Əgər erməni tərəfi atəşkəs elan edərsə və hərbi əməliyyatları dayandırarsa, Azərbaycan da atəşkəsə hazırdır. Vəziyyət əslində belədir", - deyə Ərdoğan jurnalistlərə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00