ABŞ-da yaşamaq istəyən Rusiya vətəndaşlarının sayı 24 faiz artıb

ABŞ-da müxtəlif dövlət proqramlarında hər il yarım milyondan çox qanuni miqrant iştirak edir

Rusiyanın 330 mindən çox vətəndaşı ABŞ-da yaşamaqdan ötrü 2016-cı ildə "Green gard" lotereyasında iştirak etmək üçün müraciət edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens bildirib. Onun sözlərinə görə, bu rəqəm 2015-ci illə müqayisədə 24 faizdən çoxdur: "Ötən il müraciət edib, qeydiyyata düşənlərin sayı 268 mindən çox olub". Məlumatda bildirilib ki, ABŞ-da müxtəlif dövlət proqramlarında hər il yarım milyondan çox qanuni miqrant iştirak edir. Belə proqramlardan biri də "Diversity Immigrant Visa" ("DV"-lotereya). Bu lotereya "qrin kart"dır. Lotereyada istənilən şəxs pulsuz iştirak edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00