PKK Türkiyədəki terror aktına görə məsuliyyəti üzərinə götürdü
1 Aprel 2016 18:27 DünyaPKK terror təşkilatı ötən gün Türkiyənin Diyarbəkir vilayətində törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hazırda polis terror aktının təşkilatçılarının şəxsiyyətini müəyyənləşdirir.
Qeyd edək ki, dünən Diyarbəkirdə törədilmiş terror aktı nəticəsində 7 polis ölüb, 27 nəfər isə xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00