Keçmiş naziri vəfat etdi

Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşer bu gecə 89 yaşında vəfat edib. APA  bildirir ki, bu barədə keçmiş nazirin Bonndakı ofisi məlumat yayıb. Genşer 18 il müddətində - 1974-cü ildən 1992-ci ilə kimi xarici işlər naziri vəzifəsini daşıyıb. O, Almaniyanın birləşməsində vacib rol oynayan siyasətçi kimi tanınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00