Bu brilyanta 45 milyon dollar qiymət qoyuldu
1 Aprel 2016 19:40 DünyaDünyada nadir olan mavi brilyant parçasının satış qiyməti müəyyənləşdirilib. Gün.Az lenta.ru-ya istinadən xəbər verir ki, "Christie's" hərrac evi "Mavi Oppengeymer" brilyantına 45 milyon dollar qiymət qoyulub. 14,6 karat çəkisində və öz seqmentində ən olan bu brilyant parçası bu ilin mayında Cenevredə təşkil olunacaq hərracda satışa çıxarılacaq. Bu brilyant parçasına adı onun keçmiş sahibi Filia Oppenfeymer verib. Onun ailəsi 85 il müddətində "De Beers" almaz şirkətində pay sahibi olub. Ailə həmin brilyantı 2011-ci ildə 5,1 milyon dollara satıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00