Ərdoğan Türkiyə-Rusiya əməkdaşlığının bərpasını istəyir
1 Aprel 2016 09:30 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da çıxışı zamanı regional problemlərin həlli üçün Türkiyə-Rusiya əməkdaşlığının bərpasının vacib olduğunu bildirib.Virtualaz.org RİA-Novosti-yə istinadən bildirir ki, Türkiyə prezidenti deyib: "Təəssüf ki, 24 noyabrdan sonra bizim Rusiya ilə münasibətlərimizdə çətin dövr yaşanır. Bu münasibətlər SSRİ-nin süqutundan sonra uğurla inkişaf edib, lakin Rusiya rəhbərliyinin son illər apardığı siyasət ucbatından təyyarə insidentindən xeyli əvvəl pisləşməyə başlayıb. Moskvanın anlamağa çətinlik çəkdiyimiz sərt reaksiyasına baxmayaraq, regional problemlər bizim əməkdaşlığımızın bərpa edilməsini zəruri edir, çünki Rusiya və Türkiyə coğrafiyamızın mühüm ölkələridir. Rusiyalı həmkarlarımızın bunu anlayacağını və bu zəruriliyi qiymətləndirəcəyini gözləyirik".Qeyd edək ki, Rusiya-Türkiyə münasibətləri 2015-ci ilin noyabrın 24-dən sonra, Türkiyəyə məxsus təyyarənin Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra pisləşib.Onu da qeyd edək ki, Rusiya prezidenti həmin hadisəni "arxadan vurulan zərbə" adlandırıb və Türkiyə ilə əlaqələrdə müəyyən korrektələri nəzərdə tutan sərt sənədlər imzalayıb.