Türkiyədə partlayış: 7 ölü, 27 yaralı

Türkiyənin Diyarbəkir şəhərində avtovağzalın yaxınlığında polis maşını hərəkət edərkən partlayış baş verib.Trend-in "Habertürk" telekanalına istinadən məlumat verir ki, hadisə nəticəsində 7 polis ölüb, 27 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.Bundan əvvəl 6 polisin öldüyü, 23 nəfərin isə yaralandığı bildirilirdi.Şahidlər hadisənin avtomobildə olan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini bildirirlər."CNN Turk" telekanalının məlumatına əsasən, partlayışdan sonra Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı genişmiqyaslı əməliyyata başlayıb.Həmçinin qeyd olunur ki, bu gün Diyarbəkir vilayətində Türkiyənin üç naziri - inkişaf naziri Cevdet Yılmaz, ətraf mühit və şəhərsalma naziri Fatma Güldemet Sarı, mədəniyyət və turizm nazir Mahir Ünal olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00