İŞİD-in qadın batalyonu ələ keçdi
31 Mart 2016 19:16 DünyaTunisin güc strukturları İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının qadın batalyonunun fəaliyyətinin qarşısını alıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu batalyonun fəalları gənc yerli sakinləri terrorçu kimi qruplaşmaya cəlb ediblər. İŞİD-in qadın batalyonunun fəallarının saxlanılması üçün əməliyyat martın 30-da axşam saatlarında Sidi-Bu-Zid regionunda keçirilib. Regional İstintaq Deparamentinin rəisi deyib ki, əməliyyatda milli qvardiyanın döyüşçüləri iştirak ediblər. Saxlanılan qızların 22-25 yaş arasında olduqları bildirilir. Onlar fəaliyyətə başlamazdan əvvəl İŞİD-ə sədaqət andı içiblər. Onlar İŞİD-ə tərəfdar toplamaqla yanaşı, terrorçuların ideologiyası haqda da məlumat veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00