Rusiyanın silah bazarındakı dayağı çökür
31 Mart 2016 18:19 DünyaRusiyanın MiQ şirkəti işçilərinin ixtisarına başlayıb. Axar.az bildirir ki, şirkətin baş direktoru Sergey Korotkov artıq bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, şirkətdəki işçilərin sayı 4900-ə endiriləcək. Bu isə ümumi personalın 10%-nin ixtisarı deməkdir.
Qeyd edək ki, MiQ bundan bir neçə ay öncə də işçilərinin ixtisarını həyata keçirmişdi. MiQ şirkəti məşhur MiQ təyyarələrinin istehsalçısıdır. Şirkət indiyə qədər MiQ-29, MiQ-31, MiQ-35 və digər markalı təyyarələri istehsal edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00