Rusiya XİN: Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində birgə işləyir
31 Mart 2016 18:19 DünyaRusiya və ABŞ birgə beynəlxalq mexanizmlər çərçivəsində, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə birgə işləyirlər. Trend-in xüsusu müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. Onun sözlərinə görə, Moskva və Vaşinqtonun bütün məsələlər üzrə mövcud yanaşmalarının eyni olduğunu və ya üst-üstə düşdüyünü söyləmək olmaz: "Buna baxmayaraq, həll yollarını axtarırıq və bunun üçün diplomatiyadan istifadə edirik. Diplomatiya məhz müxtəlif yanaşmalar zamanı bu yanaşmaları yaxınlaşdırmaq üçün mövcuddur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00