Ledi Qaqa ərə getdi, susdu

Dünyanın ən məşhur və epatajlı müğənnilərindən biri, amerikalı Ledi Qaqa ərə gedib. Ötən həftə  keçirilmiş nikah və toy mərasiminə media mənsubları buraxılmayıblar. Metro bildir ki, 30 yaşlı müğənni nişanlısı, aktyor Teylor Kinni ilə ailə qurub. Ötən ilin əvvəlində Ledi Qaqa və Teylor Kinni nişanlanmışdılar. Müğənni az sonra İnstaqram-dakı profilində ürək formasında brilyant qaşlı nişan üzüyünün fotosunu da paylaşmışdı. Ledi Qaqa toyu ilə bağlı heç bir açıqlama vermək istəmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00