"Almaniya da beynəlxalq terrorizmin hədəfindədir"
31 Mart 2016 17:40 DünyaAlmaniyanın təhlükəsizlik orqanları ölkədə terror aktlarının törədiləcəyinə dair internetdə yayılmış çağırışlara ciddi yanaşır və hazırda yayılmış materialların analizi aparılır. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Cinayət İşləri üzrə Federal İdarəsinin nümayəndəsi Barbara Hübner bildirib. O deyib ki, yayılan materiallar haqqında kifayət qədər məlumat var: "Biz tam ciddi şəkildə onları yoxlayırıq. Digər Avropa ölkələri kimi, Almaniya da beynəlxalq terrorizmin hədəfindədir". Eyni zamanda B.Hübner bildirib ki, "Tvitter" şəbəkəsində yayılan videoçarx ölkədə təhlükənin səviyyəsinin artmasına səbəb olmayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Köln və Bonn aeroportlarında partlayışlara dair fotokollajlar yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00