Alimlər elə bir burun ixtira etdilər ki...

İsrail bomba "iyləyən" nano burun ixtira edib. Qafqazinfo  bildirir ki, yeni nano burun sayəsində partlayıcı maddələr, narkotik, yüksək miqdarda nağd pul və təyyarədə daşınması qadağan edilən kiçik metallar asanlıqla müəyyən ediləcək. Yeni nano burun kabellərlə keçən məlumatı nano sensorlar tərəfindən qəbul edir və hər sensor fərqli bir qoxunu təyin edir. Nano burunu hazırlayan "Tracense"nin baş kimyagəri Matanın sözlərinə görə, aparılan sınaqlar zamanı bu burun itlərdən və günümüzdə istifadə edilən digər texnologiyalardan daha az səhvə yol verib. Məlumata görə, məhsul tezliklə satışa çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00