Roman Nadal: “Fransa Qarabağ münaqişəsinin ədalətli həllinə kömək etmək üçün öz işini davam etdirir”
31 Mart 2016 16:33 DünyaATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərinin birgə razılıq ilə qəbul etdiyi yeganə danışıqlar formatıdır. Azadinform xəbər verir ki, bunu Fransa XİN-in nümayəndəsi Roman Nadal deyib.
O qeyd edib ki, Fransa Minsk qrupu həmsədrləri çərçivəsində münaqişənin ədalətli və davamlı həllinə kömək etmək üçün öz işini davam etdirir: "Biz vasitəçilik missiyamızı münaqişə tərəfləri arasında ədalətə hörmətlə yanaşaraq yerinə yetiririk".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00