Bəşər Əsəd: “Növbədənkənar prezident seçkiləri keçirməyə hazıram”

Suriya prezidenti Bəşər Əsəd növbədənkənar prezident seçkilərini keçirməyə hazır olduğunu bəyan edib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, o bu addımı Suriya xalqının istəyəcəyi təqdirdə atacağını bildirib. "Bu, Suriya xalqının mövqeyindən asılıdır. Əgər belə bir iradə varsa, mənim üçün problem deyil. Bəzi müxalif qüvvələrin deyil, xalqın iradəsi ilə hesablaşmaq təbiidir", - deyə o vurğulayıb. Bununla yanaşı B. Əsəd qeyd edib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi tələbi hazırkı siyasi prosesin tərkib hissəsi kimi irəli sürülməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00