Dövlət qurumlarının informasiya sistemlərinin təhlükəsizliyi gücləndirilib

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) dövlət strukturlarının informasiya sistemlərinin haker hücumlarından təhlükəsizliyini gücləndirib. Bunu Trend-ə CERT-dən deyiblər. CERT hakerlərin martın 31-də məqsədyönlü hücum edəcəklərini istisna etmir. Bununla əlaqədar olaraq, Mərkəz informasiya təhlükəsizliyinin yüksək səviyyəsini təmin etmək üçün gücləndirilmiş iş rejiminə keçib. CERT-dən qeyd ediblər ki, hazırda aktivlik müşahidə olunmur, lakin haker hücumunun baş verəcəyi istisna edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00