Ər-arvad filmin premyerasında dava saldılar

Yeni filmin ilk nümayişi ər-arvad aktyorların davası ilə yadda qaldı. G "Hürriyet" qəzeti xəbər verir ki, "Deliorman" filminin qala-təqdimatına qatılan ailəli aktyorlar - Sarp Levendoğlu və Birce Akalay davasız ötüşməyiblər. Premyeradan sonra "Kanyon" adlı məkanda baş tutan ziyafətdə isə filmin baş rollarını ifa edən Sarp Levendoğlu ilə Birce Akalay arasında insident yaranıb. Bir anın içində başlayan dava zamanı cütlük bir-birlərinə ağır sözlər söyləyib. Digər şəxslər onları birtəhər sakitləşdirib balkona çıxarıblar. Lakin ziyafətdən sonra məkandan əl-ələ tutaraq çıxan ər-arvad anlaşılmazlığı yoluna qoyduqlarını nümayiş etdiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00