Tarkan 6 illik fasilədən sonra rekord qırır VIDEO

Tarkanın 6 illik fasilədən sonra çıxardığı "Ahde Vefa" adlı albomu musiqi bazarında əməlli-başlı canlanma yaradıb.  Türkiyə mətbuatı xəbər verir ki, 5 gün ərzində sənətçinin 200 min CD-si satılıb, iTunes-da isə 15 min insan albomu yükləyib. 13 Türk sənət musiqisinin yer aldığı albomu internet üzərindən dinləmək mümkün deyil, yalnız audio-tizlerini dinləmək olar. Onu da əlavə edək ki, meqa-star mahnılardan heç birinə klip çəkməyi düşünmür.

Yeni albomun audio-tizerini oxucularımıza təqdim edirik:

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00