“Nəhəng ördəyin” yaradıcısı braziliyalılara qəzəblənib

Tanınmış rəssam onun ideyasından etiraz tədbirlərində istifadə olunmasına etiraz edib. Newsru.com xəbər verir ki, hollandiyalı rəssam, dünyada məşhur olan "Nəhəng ördəyin" yaradıcısı Florentin Hofman Braziliyada davam edən etiraz aksiyalarında analoji "ördək"dən istifadəni pisləyib.

Rəssam hesab edir ki, Braziliyada etirazçıların rəmz kimi nəhəng ördək fiqurundan istifadə etmələri onun müəllif hüquqlarının pozulmasıdır.

Qeyd edək ki, F.Hofmanın "Nəhəng ördəyi" artıq 2007-ci ildən bəri bütün dünyanı gəzib-dolaşmaqdadır.

Braziliyalıların etiraz aksiyalarında istifadə etdikləri ördək fiquru isə hökumətin "iqtisadi şarlatan"lığını simvolizə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00