ABŞ Rusiya sərhədinə 13 min əsgər göndərir

ABŞ Şərqi Avropadakı hərbi kontingentini gücləndirir.  Lent.az  bildirir ki, Rusiyanın son vaxtlar nümayiş etdirdiyi aqressiv hərbi siyasətə cavab olaraq ABŞ ordusu Şərqi Avropadakı kontingentinə əlavə 13 min 500 nəfərlik hücum alayı əlavə edəcək. ABŞ-ın Avropadakı hərbi kontingentinə rəhbərlik edən general Filip Bredlav yazılı açıqlamasında bildirib ki, plan Şərqi Avropa və digər bölgələrdə Rusiyanın hücumlarından sonra NATO-dakı müttəfiqlərə etibarlı tərəfdaş olduqlarını nümayiş etdirir. General əlavə edib ki, bölgəyə 3 hərbi birləşmə göndəriləcək və hər bir birləşmədə 4 min 500 əsgər olacaq. Birləşmələr 9 aydan bir dislokasiya ediləcək.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri bir müddət əvvəl Avropadakı hərbi kontingentlərinin həcminin 4 dəfə artırılacağını bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00