Ərdoğan: "Qərb bizi tək qoydu" VIDEO

"İŞİD təhlükəsinin öhdəsindən gəlmək istəyiriksə, bu təhdidin ciddiliyini anlamalyıq. Avropa ölkələri terrorun təhlükəsini hələ də tam anlamır". Milli.Az bildirir ki, ABŞ-da rəsmi səfərdə olan və Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN telekanalının aparıcısı Kristian Amanpura müsahibəsində belə deyib. Türkiyənin dövlət başçısının dediyinə görə, İŞİD-ə qoşulmuş minlərlə terrorçu Yaxın Şərqə Avropadan gediblər. "Terrorla mübarizədə Avropa ölkələri yetərincə səylər göstərmirlər və öhdələrinə düşən məsuliyyəti anlamırlar. Belçikanın hakimiyyət dairələri Brüsseldəki teraktlarda suçlu bilinən İbrahim əl Bəkraui məsələsində də oxşar davranış nümayiş etdirdi. Bütün ölkələrə terrora qarşı birgə mübarizə aparmaq çağırışı ilə çıxış edirik. Lakin bir çox ölkə, deyəsən, bu çağırışa önəm vermir. Qərb ölkələri bizi terrorla mübarizədə tək qoydu. Kəşfiyyat məlumatlarının paylaşılması ilə bağlı gözləntilərimiz heç bir zaman doğrulmadı. Türkiyə İŞİD-ə qarşı bundan sonra da qətiyyətlə mübarizə aparacaq. Qərarlıyıq və Qərb ölkələrindən də eyni qətiyyəti gözləyrik", - Ərdoğan deyib.

 

Ərdoğan:


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00